Le_Fa Zoo Merkez sadəcə bir baytarlıq mərkəzi deyil — bu, heyvanlara olan səmimi sevginin və məsuliyyətin nəticəsidir.
Hər şey kiçik bir arzudan başladı: Gəncədə ev heyvanlarına həm peşəkar, həm də qayğı dolu xidmət göstərən bir məkan yaratmaq. Çünki bilirik ki, sizin üçün o pişik, o it, o kiçik dost sadəcə bir heyvan deyil — ailənin sevimli üzvüdür.
Bu gün Azerittifaq ünvanımızda müasir avadanlıqlar, təcrübəli mütəxəssis komandası və qayğı ilə əhatə etdiyimiz yüzlərlə dörd ayaqlı qonağımız var. Müayinədən cərrahiyyəyə, vaksinasiyadan grooming-ə qədər — biz buradayıq ki, onlar sağlam, siz isə rahat olasınız.
Hər bir ev heyvanına ailə üzvü kimi yanaşmaq, onların sağlamlığını qorumaq və sahiblərinə tam güvən hissi yaşatmaq. Bizim üçün hər müraciət bir məsuliyyət, hər sağalma isə bir xoşbəxtlikdir.
Sevda Osmanova — Baytar həkim, cərrah 20 ildən artıq təcrübəyə malik Sevda müəllimə baytarlıq təhsilini Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında fərqlənmə ilə tamamlayıb və o gündən bütün həyatını heyvanların sağlamlığına həsr edib. Uzun illər Gəncə Dövlət Regional Kollecində yüzlərlə baytar yetişdirib. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin “Anatomiya və yoluxmayan daxili xəstəliklər” kafedrasında baş müəllim kimi çalışır və xırda ev heyvanlarının xəstəlikləri və cərrahiyyəsi üzrə dərs deyir. Mərkəzimizdə ev heyvanlarının müayinəsi, müalicəsi və cərrahi müdaxilələri ilə məşğul olur. Onun sakit yanaşması və illərin təcrübəsi sahiblərdə tam güvən yaradır.
Niyə Le_Fa Zoo Merkez?
Testimonials
Pricing
Single Project
Single Prost
Portfolio
© 2026 Digiterial Agency Bütün hüquqlar qorunur.